Qələbəni şəhid baş leytenanat Famil Əhmədzadəyə həsr etdilər - FOTO 

Qələbəni şəhid baş leytenanat Famil Əhmədzadəyə həsr etdilər - FOTO 

Hazırda oxunan: Qələbəni şəhid baş leytenanat Famil Əhmədzadəyə həsr etdilər - FOTO 

109124

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Consensus İntellekt Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Müəllimlərin İntellektual Kuboku" oyunlarının final mərhələsində "Nə? Harada? Nə zaman?" turnirinin qalibi İsmayıllı komandası olub.  

Bizim.Media-nın yerli bürosunun məlumatına, görə bu münasibətlə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında rayonun müəllimlərindən ibarət “İSMA” komandası ilə görüş keçirilib.

Görüşdə gələcək prespektivlər, keçiriləcək turnirlərdə iştirak, hazırlıq məsələləri müzakirə olunub.  

Komanda üzvləri bu qələbəni Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının siyasi şurasının üzvü olmuş, İsmayıllı tarixçilərinin və bütün ismayıllıların sevimlisi şəhid baş leytenanat Famil Əhmədzadəyə həsr etdiklərini bildirib.  

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, gələcəkdə də komandanın məhz birincilik üçün yarışacaqlarına, rayonumuza, təhsilimizə yeni-yeni töhfələr verəcəklərinə əminik.  

Sonda qalib komanda üzvlərinə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO