Oğuzda

Oğuzda "Oğuz eli” adlı bilik yarışı keçirilib - FOTO

Hazırda oxunan: Oğuzda "Oğuz eli” adlı bilik yarışı keçirilib - FOTO

109114

Oğuzda "Oğuz eli” adlı intellektual bilik yarışı keçirilib. Yarış Şəki regional mədəniyyət idarəsinin Oğuz rayon nümayəndəliyinin təşkilatçılığı, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Oğuz rayon komitəsinin və Oğuz intellektual oyunlar klubunun rəhbəri Rövşən Salehovun dəstəyi ilə baş tutub.   

Bu barədə Bizim.Media-ya Oğuz rayon nümayəndəliyindən məlumat verilib.

Bildirilir ki, bilik yarışında rayon mədəni-maarif müəssisələrinin hər biri bir komanda ilə təmsil olunub.  

İntellektual oyunda mədəniyyət, ədəbiyyat, tarix və başqa sahələr üzrə suallar səsləndirilib. Yarışın qalibi Oğuz rayon Heydər Əliyev Mərkəzi olub.  

Sonda komandalara nümayəndəlik adından diplom və təşəkkürnamələr, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Oğuz rayon komitəsi tərəfindən isə müxtəlif hədiyyələr təqdim edilib. 
Yarışın keçirilməsində məqsəd mədəniyyət işçilərinin bilik səviyyələrini müəyyən etmək və gələcək fəaliyyətlərində onları həvəsləndirməkdən ibarətdir. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO