Yeni təyin edilən hakimlər and içdilər

Yeni təyin edilən hakimlər and içdilər

Hazırda oxunan: Yeni təyin edilən hakimlər and içdilər

10908

2021-ci il fevralın 5-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

Ali Məhkəmədən Bizim.Media-ya verilən məlumata görə, iclasda respublikada məhkəmə hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlərin uğurla həyata keçirildiyi söylənilib.

 

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə növbəti dəfə hakim ştatlarının sayı artırılıb, bununla əlaqədar hakimliyə namizədlərin seçilməsi prosesi aparılıb.


Çox mərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim proseduralarında, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 44 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub.

Namizədlərin tam əksəriyyətini (70 faiz) 35 yaşa qədər olan, o cümlədən xaricdə təhsilalmış gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışıblar.

 

İlk dəfə olaraq namizədlərin 40 faizdən çoxunun qadın olması ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsi, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olub.


Plenum iclasında respublika məhkəmələrinə yeni təyin olunan 44 nəfər hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO