Sumqayıtda Mədəniyyət və Turizm idarəsinin rəisi MKS işçiləri ilə görüşdü- FOTO

Sumqayıtda Mədəniyyət və Turizm idarəsinin rəisi MKS işçiləri ilə görüşdü- FOTO

Hazırda oxunan: Sumqayıtda Mədəniyyət və Turizm idarəsinin rəisi MKS işçiləri ilə görüşdü- FOTO

109057
Bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov S.Vurğun adına mərkəzi kitabxanada MKS işçiləri ilə görüşdü.xa0

Kitabxana və kitabxana işçiləri haqqında xöş sözlər bildirən Mehman Şükürov kitabxana işçilərini fədailər ordusu adlandırdı. O bildirdi ki, kitabxanaçılıq peşəsi ən müqəddəs və şərəfli peşələrdən biridir və bu peşə sahibləri də, kitabxanalar da mənim üçün çox əziz və dəyərlidir. Şəhərimizdə görülən abadlıq və quruculuq işləri haqqında qısa məlumat verən idarə rəisi bu işlərin kitabxanaları da əhatə edəcəyini bildirdi.xa0
İdarə rəisi həmçinin kitabxanalarda təmizliyə riayət olunmasının vacibliyini vurğulayaraq bəzi kitabxanalara bununla əlaqədar iradlarını bildirdi və ciddi xəbərdarlıq etdi.
Daha sonra kitabxanaçıların təklif və fikirlərinə açıq olduğunu bildirən M.Şükürov onların qayğı və probləmləri ilə maraqlandı. MKS-nin direktoru Y.Əhmədova söz alaraq kitabxanaların kitab fondunun zənginləşdirilməsi və nəşriyyatlarla bağlı problemlərdən danışdı. Filial kitabxana müdirləri kitabxanalarda olan kanalizasiya və istilik sistemi ilə bağlı problemləri diqqətə çatdırdı. M.Şükürov kitabxanaçıları dinləyərək bu problemlərin tezliklə aradan qaldırılacağını və həll ediləcəyini bildirdi. O, həmçinin 9 saylı kitabxana filialın kompüter avadanlığı ilə təchiz olunması haqqında yerində göstəriş verdi.xa0
Sonda bir daha kitabxanaçılarla görüşdən məmnun qaldğını bildirən idarə rəisi kitabxanaçılara fəaliyyətlərində uğurlar arzuladı.
Sumqayıtda Mədəniyyət və Turizm idarəsinin rəisi MKS işçiləri ilə görüşdü- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10112.jpg">Sumqayıtda Mədəniyyət və Turizm idarəsinin rəisi MKS işçiləri ilə görüşdü- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10113.jpg">Sumqayıtda Mədəniyyət və Turizm idarəsinin rəisi MKS işçiləri ilə görüşdü- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10114.jpg">Sumqayıtda Mədəniyyət və Turizm idarəsinin rəisi MKS işçiləri ilə görüşdü- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10115.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO