Bir sutkadır bu kəndlərdə qaz yoxdur - SƏBƏB

Bir sutkadır bu kəndlərdə qaz yoxdur - SƏBƏB

Hazırda oxunan: Bir sutkadır bu kəndlərdə qaz yoxdur - SƏBƏB

109046

Xəbər verdiyimiz kimi, dekabrın 10-da ölkə ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik və Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, 5 minə yaxın abonent hələ də problemin həllini gözləməkdədir.

"Azəriqaz" İstehsalat Birliyi isə qəza-bərpa xidmətinin əməkdaşlarını qeyd olunan rayonlara ezam edərək problemin həllinə çalışır. Birlik buna səbəb kimi kəskin hava şəraitini göstərir.

Qurumun dediyi kimi, 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqlar hələ bu ilin sentyabrında başlasa da, dekabrın əvvəlində qaz təchizatında ilkin problemlər vəziyyətin qənaətbəxş olmadığını göstərir.
Qaz təchizatındakı fasilənin daha çox kəndi əhatə edəcəyini təsəvvür etsək, bu nəticə ortaya çıxır ki, havanın soyuyacağı, qar yağacağına dair proqnozlar da qurum tərəfindən nəzərə alınmayıb.

Azərbaycan dünyaya, o cümlədən Avropaya qaz ixrac edən ölkədir. Ölkə ərazisinin isə 96,3 faizi qazlaşdırılıb. Buna baxmayaraq, payız-qış mövsümü ərəfəsində hələ də qaz üzünə həsrət qalan ərazilər var. Üstəlik, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin qeyri-sabit keçəcəyi xəbərdarlığına baxmayaraq, ölkə üzrə 5 rayonun bəzi kəndləri qazsız qalıb.

Birdən-birə 5 rayonun qaz təchizatında problem yaranırsa, bu, artıq qurumun səriştəsiz fəaliyyətinin göstəricisidir.

Qurum isə bu məsələ belə haqq qazandırıb: “Qəza-bərpa xidmətinin əməkdaşları problem olan ərazilərə cəlb olunub. Abonentlərin qazla təminatı istiqamətində işlər sürətlə davam etdirilir”.

Sürətlə davam etdirildiyi deyilən işlər isə artıq bir sutkaya yaxındır start götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO