Goranboyda AĞIR QƏZA: 1 ölü, 7 yaralı var

Goranboyda AĞIR QƏZA: 1 ölü, 7 yaralı var

Hazırda oxunan: Goranboyda AĞIR QƏZA: 1 ölü, 7 yaralı var

109038

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media Apa.az-a istinadən xəbər verir ki,  “VAZ-21099” və “Geely” markalı avtomobil toqquşması nəticəsində Samux rayonu Sərkar kənd sakini 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu dünyasını dəyişib.

Xəsarət alan Samux rayon sakinləri "VAZ 21099"-un sürücüsü 1966-cı il təvəllüdlü Dünyamalı Məmmədov Ələs oğlu, 1984-cü il təvəllüdlü Rəhimli İlhamə Albert qızı, 2005-ci il təvəllüdlü Rəhimli Bibixanım Pərviz qızı, Goranboy sakinləri 1977-ci il təvəllüdlü İlqar Zeynalov, 1982-ci il təvəllüdlü Günel Zeynalova, 2008-ci il təvəllüdlü Nizami Qəribov, 2006-cı il təvəllüdlü Aysu Zeynalova xəstəxanaya yerləşdiriliblər.
Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasından Gəncədə yerləşən tibb müəssisələrindən birinə aparılır.

Xatırladaq ki, qəza rayonun Səfikürd kəndində qeydə alınıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO