Balakəndə məktəblilər arasında şahmat turniri keçirildi – FOTO  

Balakəndə məktəblilər arasında şahmat turniri keçirildi – FOTO  

Hazırda oxunan: Balakəndə məktəblilər arasında şahmat turniri keçirildi – FOTO  

108883

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş şahmat üzrə Balakən rayon UGİŞM-də iki yaş qrupları üzrə, 6-8 yaşa qədər oğlan və qız şahmatçıların rayon birinciliyi keçirilib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon şahmat məktəbinin direktoru Vaqif Ocaqverdiyev məlumat verib.  

Turnirdə 46 şahmatçı mübarizə aparıb. Yarışların təltifetmə mərasimində məktəbin idarə heyəti, valideynlər, şagirdlər və onların məşqçi- müəllimləri iştirak edib.

Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq qeyd edib ki, onun dövlətimiz qarşısında xidmətləri heç zaman unudulmayacaq.  

Yekunda qalib şahmatçılar Balakən Uşaq Gənclər İdman-Şahmat Məktəbi və rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO