KOBİA-nın təşkilatçılığı ilə Şəkidə regional konfrans keçirilib - FOTO

KOBİA-nın təşkilatçılığı ilə Şəkidə regional konfrans keçirilib - FOTO

Hazırda oxunan: KOBİA-nın təşkilatçılığı ilə Şəkidə regional konfrans keçirilib - FOTO

108801

“Regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər, subsidiyalar barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdəndir”.

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, bu fikirlər bu gün Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol” şirkətinin birgə təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin dəstək verdiyi “Regional tərəfdaşların inkişafı” layihəsi çərşivəsində keçirilən konfransda səsləndirilib. 
 Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Bakı və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak edib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov çıxış edərək dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat veriblər.
Konfrans Bakı və region sahibkarlarını bir araya gətirməklə, onlar arasında netvörkinq və birgə investisiya təşəbbüslərinin reallaşdırılması üçün də imkan yaradıb.

Tədbir çərçivəsində həmçinin “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları” mövzusunda panel müzakirə təşkil olunub. KOBİA, AKİA, SİF, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələrdə mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti aylarda Gəncə, Astara və Qubada da maarifləndirici tədbirlər keçirilməsi nəzərdə tutulur. 

Konfransın təşkilatçılarından olan Tural Mustafayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, konfrans iki hissədən ibarətdir:

"Birinci hissə rəsmi, ikinci hissədə panel müzakirələrimiz baş tutacaq. Layihədə əsas məqsədlərdən biri də panel müzakirələrdə sahibkarların maliyyə kanallarına çıxış imkanları və eyni zamanda dövlətin sahibkarlara dəstək mexanizmləri adlı müzakirələrin aparılması, sahibkarların ünvanlı suallarının cavablandırılması və cavablarının alınmasından ibarətdir".

Tural Rasimoğlu,  Bizim.Media, Şimal-Qərb bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO