“Vasif Talıbovun ərizə yazması ilə bağlı məlumatım yoxdur” – Siyavuş Novruzov

“Vasif Talıbovun ərizə yazması ilə bağlı məlumatım yoxdur” – Siyavuş Novruzov

Hazırda oxunan: “Vasif Talıbovun ərizə yazması ilə bağlı məlumatım yoxdur” – Siyavuş Novruzov

108793

Bu günlərdə Naxçıvanda Ali Məclisin sədri Vasif Talıbovun istefa verməsi ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, bu məlumatla bağlı naxçıvanlı deputat Siyavuş Novruzov “Müsavat”a açıqlama verib.  

Siyavuş Novruzov xatırladıb ki, Naxçıvanda hüquq-mühafizə orqanları iş aparır. Onun sözlərinə görə, hazırda araşdırmalar gedir və nəticəsi gözlənilir: 

“Vasif Talıbovun ərizə yazması ilə bağlı hər hansı məlumatım yoxdur. Araşdırmaların nəticəsindən asılı olaraq qərar verilməlidir. Mən parlamentdə də qeyd etmişdim ki, cənab Prezident hər şeyin yaxşısını, düzünü bilir. O, hansı qərarı qəbul edəcəksə, biz də onu qəbul edəcəyik.
Gedən proseslərlə bağlı dəqiq məlumatı olan da, olmayan da danışır. Araşdırma gedən vaxt hüquq-mühafizə orqanlarının cavabını gözləmək lazımdır. Prezidentin səlahiyyətidir ki, orda bir strukturu ləğv edir, ikincini ləğv edir. Konstitusion səlahiyyətidir. Proseslər necə gedirsə, bunu məlumatlı adamın danışması yaxşı olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO