Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
Bizim.Media xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
*** 15.00
Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
MÖVZU İLƏ BAĞLI:
Bəxtiyar Hacıyev SAXLANILDI
Məlumatda qeyed olunur ki, barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.
Bizim.Media