İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirən şəxsə xəbərdarlıq edildi

İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirən şəxsə xəbərdarlıq edildi

Hazırda oxunan: İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirən şəxsə xəbərdarlıq edildi

10871

İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirən şəxsə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayiş etdirilməsi, yayılmış informasiyaların düzgünlüyünün yoxlanılması ilə bağlı dəfələrlə tövsiyyələr verilməsinə baxmayaraq, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir.

 

MÖVZU İLƏ BAĞLI:

İki oğlunun itkin düşdüyünü deyən qadınla bağlı açıqlama: "Ümumiyyətlə övladı yoxdur" - FOTO


Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Rüstəmova Əfsanə Süleyman qızının “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə iki övladının Vətən müharibəsində itkin düşdüyünü bildirən Rəna Kazımova adlı qadının videogörüntülərini ictimailəşdirməsi, övladlarından xəbər ala bilmədiyini diqqətə çatdıran həmin qadına köməklik göstərilməsi ilə bağlı çağırış etməsi müəyyən edilib.

Əfsanə Rüstəmova tərəfindən yerləşdirilmiş məlumatlar yoxlanılarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının və inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinin pozulması aşkar edilib.

Qeyd edilənlərlə əlaqədar Əfsanə Rüstəmova Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, sensasiya naminə dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi güdməklə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO