Ünvanlı yardıma aid qanunvericilik dəyişə bilər 

Ünvanlı yardıma aid qanunvericilik dəyişə bilər 

Hazırda oxunan: Ünvanlı yardıma aid qanunvericilik dəyişə bilər 

108703

Azərbaycanda yaşayış minimumu və ünvanlı dövlət sosial yardımı haqqında qanunvericiliyə dəyişiklik edilməsi barədə iki qanun layihəsi hazırlanıb. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib. 

"Bir neçə qanun layihəsi hazırlamışıq, ancaq 2-sini oktyabrın 18-də parlamentin aparat rəhbəri Fərid Hacıyevə təqdim etmişik.

Hesab edirəm ki, bu qanunlar qəbul olunsa, 2023-cü il üzrə büdcə zərfinə Milli Məslisin töhvəsi olardı. Əgər yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşirsə, yəni ehtiyac meyarına lüzum yoxdursa, həmin iki qanunda uyğunluqların aparılması, yoxsulluq həddinin artıq ehtiyac meyarı ilə deyil, yaşayış minimumu ilə ölçülməsinə başlanılması aztəminatlı ailələr üçün çox yaxşı hüquqi baza olar", - deyə o qeyd edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO