67 müəllimi işdən çıxaran direktor barədə PROKURORLUĞA müraciət olundu

67 müəllimi işdən çıxaran direktor barədə PROKURORLUĞA müraciət olundu

Hazırda oxunan: 67 müəllimi işdən çıxaran direktor barədə PROKURORLUĞA müraciət olundu

108657

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı qalmaqal davam edir. 

Məsələ ilə bağlı 20-dən çox məhkəmə prosesi baş tutub. Binəqədi Rayon və Apelyasi məhkəmələrində 14 nəfərin məhkəmə prosesi keçirilib.

Onların 3-ü birinci instansiyada məhkəmədən uzaqlaşıb. Digərlərinin işi bu günə qədər davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

91 müəllimi ixtisara salan Nərmin Qaralova niyə CƏZALANMIR? – Daha bir ŞİKAYƏT 


Binəqədi Rayon  Məhkəməsi və Apelyasiya Məhkəməsi isə 11 nəfərin xeyrinə, müəllimlərin işə bərpa olunmaları barədə qətnamə çıxarıb. Amma işdən çıxarılan müəllimlər nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə bərpa olunurlar. 

Qeyd edək ki, ötən il noyabrın 26-da Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə Humanitar Kollecin (Keçmiş Mədəni Maarif Texnikumu) bir qrup müəlliminin işinə rəsmi xitam verilib.

Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21-i orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir. Humanitar Kollecin sədr müavini Kamran Məsimov işdən çıxarılmaların səbəbi kimi ixtisar və ştat azlığını əsas gətirib. Halbuki ixtisardan sonra Kamran Məsimov bacısı Xəyalə İsrisovaya kollecdə həm tiyutor, həm də müəllim kimi yer verib. 

İşdən çıxarılan qarmon müəllimi Xəqani Səməd Bizim.Media-ya açıqlamasında Humanitar Kollecin direktoru Nərmin Qaralova barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiklərini bildirib.

Onun sözlərinə görə işdən çıxarılan Əfsanə Əhmədova ilk müraciətini edib. Ardınca isə digər şikayətçilər dindirilib. Hazırda Nərmin Qaralova barədə təhqiqat aparılır. 

Məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etsək də qurumdan cavab ala bilmədik. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO