Yeni Azərbaycan Partiyası Avropa Xalq Partiyasının (EPP) Siyasi Assambleyasının (PA) 1 fevral 2021-ci il tarixli videokonfransında Azərbaycanla bağlı səsləndirdiyi qərəzli bəyanatla əlaqədar etiraz məktubu ünvanlayıb.
Partiyanın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, məktubda deyilir:
MÖVZU İLƏ BAĞLI:
YAP-ın Biləsuvar rayon təşkilatının sədri koronavirusdan öldü
“EPP PA üzvlərinin diqqətinə çatdırırıq ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərinə tam əməl edir".
"Bu çərçivədə Azərbaycanla Ermənistan arasında yüzlərlə hərbi əsir, girov və cəsədlərin mübadiləsi həyata keçirilib və proses beynəlxalq normalara uyğun şəkildə davam etdirilir".
"Lakin müharibəyə son qoyan 10 noyabr bəyanatından sonra Ermənistandan Azərbaycan ərazilərinə gələrək təxribat-diversiya əməlləri törədən və ələ keçirilən terrorçular müharibə əsirləri hesab oluna bilməz və onların məsələsi müvafiq qanunlar çərçivəsində öz həllini tapacaq".
"Üstəlik, Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan tərəfi birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi və onların kütləvi dəfn olunduqları yerlər barədə məlumat verməkdən imtina edir".
"Ermənistan vəziyyəti düzgün dəyərləndirməli, özünütəcridə gətirib çıxaran əvvəlki səhvlərini təkrarlamamalıdır".
"Bu baxımdan, beynəlxalq ictimaiyyət üçtərəfli bəyanatın tam icrasına, bölgədə sülhün və etimadın bərqərar olmasına və xalqlarımız arasında barışığa dəstək olmalıdır".
"EPP PA üzvlərinə birtətəfli bəyanatlar səsləndirməzdən əvvəl məsələ barəsində daha ətraflı informasiya toplamağı tövsiyyə edirik".
Bizim.Media