Kukla Teatrının direktoru: “Mədəniyyət Nazirliyinin işçiləri bizim teatrın adını bilmirlər”

Kukla Teatrının direktoru: “Mədəniyyət Nazirliyinin işçiləri bizim teatrın adını bilmirlər”

Hazırda oxunan: Kukla Teatrının direktoru: “Mədəniyyət Nazirliyinin işçiləri bizim teatrın adını bilmirlər”

108596

Kukla teatrında Mədəniyyət Nazirliyinin apardığı yoxlama ilə bağlı mətbuat konfransı keçirilib.  

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı və hələ də davam etdirilən yoxlama ilə bağlı teatrın direktoru Rəşad Əhmədzadə və teatrın bir neçə əməkdaşının iştirakı ilə mətbuat konfransı baş tutub.  

Rəşad Əhmədzadə bildirib ki,  teatr ətrafında söz-söhbətlər keçən il keçirilən teatrın 90 illiyindən sonra başlayıb:  

"Yoxlama ilə bağlı ilk gündən narazılıqlarım olub. Əmr bizə gəlib çıxmamış mətbuatda səs-küy yayılmışdı. Yəqin ki, belə məsələlərin ictimailəşməsinin ən pis təsiri teatradır. Komissiya sədrinə də əmrin qanunsuz olduğunu bildirmişdim və qanuni əmri istəmişdim. Lakin bir neçə dəfə əmr mənə təqdim olunsa da, belə məlum oldu ki, Mədəniyyət Nazirliyinin işçiləri bizim teatrın adını bilmirlər. Çünki teatrın adı yanlış qeyd edilmişdi". 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO