Qazsız kəndlərlə bağlı Baş nazirə MÜRACİƏT olunub - ETSN

Qazsız kəndlərlə bağlı Baş nazirə MÜRACİƏT olunub - ETSN

Hazırda oxunan: Qazsız kəndlərlə bağlı Baş nazirə MÜRACİƏT olunub - ETSN

108546

“Azərbaycanda qazlaşdırılmamış 982 yaşayış məntəqəsi var. Bu ərazilər əsasən kəndlərdir və onların 426-sı bilavasitə meşə ilə həmsərhəd ərazilərdə yerləşir”.

Bunu Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov qazlaşdırılmayan ərazilərdə yaşayan əhaliyə odun tədarükünün olunması məsələsindən danışarkən qeyd edib.

Onun sözlərinə görə ucqar dağlıq ərazilərlə yanaşı, əlçatan, şöse yolların kənarında olan kəndlərimizdən də hələ qazlaşdırılmamışları qalır:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azəriqaz” İstehsalat Birliyi ilə birgə İşçi Qrupu qazlaşdırılmamış yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər planı hazırlayıb. Həmin təkliflə Nazirlər Kabinetinə müraciət etmişik. Həmin kəndlərin qazlaşdırılması istiqamətində işlər aparılır”.
 

MÖVZU İLƏ BAĞLI:

100 yaşlı Neftçalalı nənədən “Azəriqaz”a MÜRACİƏT: “Meşələrə, ağaclara yazıqdır” - FOTO


Nazirlər Kabinetinə təqdim olunmuş müraciətdə qeyd olunub ki, ətraf mühitin qorunub saxlanılması, ekoloji şəraitin yaxşılaşdırılması, qızdırılma məqsədilə meşələrin qırılmasının qarşısının alınması, 982 yaşayış məntəqəsi üzrə 90.000 fərdi yaşayış evinin olması və orta hesabla hər bir evdə 4 nəfərdən ibarət ailənin, ümumilikdə isə həmin ərazidə 360000 əhalinin yaşamasını təmin etmək üçün külli miqdarda vəsaitin tələb olunduğunu nəzərə alaraq, bu layihənin dövlət səviyyəsində maliyələşdirilməsi daha məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasına görə hazırda ölkənin qazlaşdırılması səviyyəsi 96,3%-ə çatdırılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO