Zaqatala stansiyasından 47 km şimalda daha bir zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:16-da Zaqatala stansiyasından 47 km şimalda, Rusiya ərazisində zəlzələ baş verib.
Maqnitudası 3,4 olan zəlzələ 24 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:42-də Zaqatala stansiyasından 47 km şimalda, Rusiya ərazisində daha bir zəlzələ olub. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:22 / 08.12.2022
Azərbaycanda daha bir zəlzələ oldu
Hazırda oxunan: Azərbaycanda daha bir zəlzələ oldu
Hazırda oxunan: Azərbaycanda daha bir zəlzələ oldu
108509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.