10-a yaxın rayonda zəlzələ OLDU – Qurban Yetirmişlidən yaxın günlər üçün PROQNOZ 

10-a yaxın rayonda zəlzələ OLDU – Qurban Yetirmişlidən yaxın günlər üçün PROQNOZ 

Hazırda oxunan: 10-a yaxın rayonda zəlzələ OLDU – Qurban Yetirmişlidən yaxın günlər üçün PROQNOZ 

108502

Xəbər verildiyi kimi bu gün səhər saatlarında Azərbaycanda zəlzələ olub. Yeraltı təkanlar Gəncə, Yevlax, Siyəzən və digər yaxın rayonlarda hiss edilib. Azərbaycanda hiss olunan güclü zəlzələnin episentri Dağıstanda Mahaçkaladan 82 km cənub və cənub-qərbdə yerləşib. Zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.

Bəs, ölkənin hazırki seysmoloji vəziyyəti nə yerdədir? Yaxın gələcəkdə Azərbaycanda güclü zəlzələ gözlənilirmi? 

Bizim.Media-ya bu barədə açıqlama verən Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə ölkədə seysmoloji durum normaldır:
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə zəlzələ oldu


“O mənada ki, seysmik fon səviyyəsindədir. Elə bir ocaqda güclü təkanlar yoxdur. Baxmayaraq ki, gecə 20-dən çox yeraltı təkanlar baş verib. Bu gün isə Şəki, Zaqatala, Balakən, Gəncə, Qazax, Yevlax, Goranboy, Siyəzən və yaxın rayonlarda hiss olunan zəlzələ isə Dağıstanda baş verən zəlzələnin təsiridir.

Həmin rayonlarda yeraltı təkanlar 3-4 bala kimi hiss olunub və zəlzələ maqneturası 5,6 balla müşahidə olunub. Dərində olduğuna görə silkələnmə əhatəsi böyük olur. Səthi olanda isə dağıntılar çox, arealı isə az olur. Zəlzələ həmişə var, amma güclü, dağıdıcı ehtimalı hələki yoxdur”.

Alçina Amilqızı, Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO