Azərbaycanda 34 ticarət müəssisəsində nöqsanlar aşkarlandı

Azərbaycanda 34 ticarət müəssisəsində nöqsanlar aşkarlandı

Hazırda oxunan: Azərbaycanda 34 ticarət müəssisəsində nöqsanlar aşkarlandı

108391

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 27 müəssisədə nöqsanlar müəyyən olunub. 

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 22, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 11 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO