Pensiya təyin olunmuş şəxslərin şəxsiyyət vəsiqəsinin saxtalaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Pensiya təyin olunmuş şəxslərin şəxsiyyət vəsiqəsinin saxtalaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Pensiya təyin olunmuş şəxslərin şəxsiyyət vəsiqəsinin saxtalaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

108377

Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək olan dövrdə təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili facebook səhifəsində məlumat verib.

Pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırılması halları aşkarlanıb.

Sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır.

Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır.

DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib. Hesabatın dərci Fondun fəaliyyətində şəffaflığın göstəricisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO