Ağsuda qadını cinsi istismara məruz qoyan tibbi ekspert haqqında Səhiyyə Nazirliyinin AÇIQLAMASI

Ağsuda qadını cinsi istismara məruz qoyan tibbi ekspert haqqında Səhiyyə Nazirliyinin AÇIQLAMASI

Hazırda oxunan: Ağsuda qadını cinsi istismara məruz qoyan tibbi ekspert haqqında Səhiyyə Nazirliyinin AÇIQLAMASI

108326

Ağsuda qadın vəzifəli şəxs tərəfindən cinsi istismara məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, rayon ərazisində bir qadın naməlum şəxs tərəfindən döyülüb.

Xəsarətin dərəcəsi müəyyənləşdirilməkdən ötrü qadın Məhkəmə -Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib. Burada o, xəsarətinin daha ağır göstərilməsini istəyib.

Bu istək isə ona cinsi münasibət qarşılığında yerinə yetirilib.

Belə ki, iddialara görə, şöbənin eksperti Z.Hüseynov 27 yaşı olan bu qadına istəyi qarşılığında cinsi münasibət təklif edib. Həmçinin əvəzində təkcə xəsarətin ağır göstərilməsi üçün deyil, onu həm də şöbəyə işə düzəltmək vədi verib. Beləliklə, ekspert qadınla elə kabinetdə cinsi münasibətdə olub.

Vədinə əməl etməyən Z.Hüseynov sonradan həmin qadın tərəfindən polisə şikayət edilib.

Hadisənin təfərrüatını dahaq dəqiq öyrənmək üçün Səhiyyə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı Elvin Hacıyev Bizim.Media-ya bildirib ki, hazırda istintaq gedir:

“Ona görə də hər hansı bir açıqlama verə bilmərəm. Çünki, bu istintaqın gedişinə təsir edə bilər. Yaxşı olar ki, istintaqın yekununu gözləyək”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat yayılıb ki, qadın tərəfindən Ağsu rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda iddialarla bağlı istintaq araşdırmaları aparılır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO