Sosial şəbəkələrdə özünü qazi kimi təqdim edərək hərbi geyimdə dilənçilik edən şəxsin görüntüləri paylaşılıb.
Bizim.Media xəbər verir ki, metrostansiyalardan birinin çıxışında dilənən hərbi geyimli şəxsin əlində pul yığılması üçün qutu və yanında hicablı qadınla birgə daha bir şəxsin görüntüləri əks olunub.
Dilənən “qazi”nin yanındakı şəxs ərazidən keçənlərə “TikTok”da lazımsız insanlara “jeton” atırsınız, onlardan sizə fayda yoxdur, gəlin belə balalara dəstək olun ki, Allaha da xoş getsin” deyə yardımla bağlı çağırış edib.
Dilənən şəxsin qazi olduğunu zənn edən insanlar isə bu duruma səssiz qalmayaraq, yardımlarını əsirgəmirlər.
Sosial şəbəkədə müzakirələrə yol açan görüntüdə hərbi geyimdəki şəxsin yardım toplama forması sərt tənqid edilib.
Dilənən şəxsin qazi və ya Vətən müharibəsi iştirakçısı olub-olmadığı müəmmalı olduğu üçün Daxili İşlər Nazirliyinə müraciət etdik.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hallar hüquqazidd əməldir:
“Yardımdırsa, yardım toplama forması bu deyil. Məsələ araşdırılır”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:55 / 07.12.2022
Bakıda özünü qazi kimi təqdim edən şəxs DİLƏNİR – VİDEO
Hazırda oxunan: Bakıda özünü qazi kimi təqdim edən şəxs DİLƏNİR – VİDEO
Hazırda oxunan: Bakıda özünü qazi kimi təqdim edən şəxs DİLƏNİR – VİDEO
108298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.