Bələdiyyələrin pulunu verin, qanunidir – Rəsmi CAVAB

Bələdiyyələrin pulunu verin, qanunidir – Rəsmi CAVAB

Hazırda oxunan: Bələdiyyələrin pulunu verin, qanunidir – Rəsmi CAVAB

10819

Hər ay bələdiyyələr çoxmənzilli yaşayış binalarının sakinlərindən torpaq pulu yığırlar.

Redaksiyamıza müraciət edən sakinlər onların hər ay ödədikləri 21 manatın qanuni olub-olmaması ilə maraqlanırlar.

Deyirlər ki, binanı tikən şəxs zamanında torpaq rüsumunu ödəyibsə, indi bələdiyyələr onlardan niyə pul yığırlar?
 

MÖVZU İLƏ BAĞLI:

Bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

“JEK”lərin fəaliyyəti qadağandır: “Ödəniş etməyin!”


Sualı cavablandırmaq üçün ekspert Nüsrət İbrahimova müraciət etdik.

O, Bizim.Media-ya açıqlamasında dedi ki, ümumiyyətlə yaşayış məntəqələrindəki (fərdi, çoxmənzilli evlərdə) torpaq sahələri bələdiyyələrin idarəçiliyində və sərəncamındadır: 

“Vergini də bələdiyyələr yığırlar. Bu fakt vergi məcəlləsində birmənalı olaraq qeyd olunur. Fərdi yaşayış evləri və hündür mərtəbəli yaşayış binalarında vergi rüsumu ildə bir dəfə heablanır".

"Bələdiyyələr tərəfindən ildə iki dəfə də yığıla bilər. Onlar əsasən bir dəfə yığırlar”.

Müsahibimiz bildirdi ki, əvəllər hündürmərtəbəli yaşayış binalarında yaşayan mənzil mülkiyyətçilərinin  torpaq sahəsindəki hüququ göstərilmirdi, amma indi  qeyd olunur:

“Həmin o hündürmərtəbəli binanın yerləşdiyi torpaq sahəsi vətəndaşların paylı mülkiyyəti hesab olunur. Buna görə də onlar dövlətə mənzilin dəyərinin 1 faizi qədər vergi verməlidirlər. Bu qayda həmçinin yaşayış evlərinə də aiddir”. 

“Torpaq pulu niyə məhz  sakinlərdən yığılır?” sualına isə ekspertin cavabı belə oldu:

“Bələdiyyələrin fəaliyyətini tənzimləmək üçün onların gəlir mənbəyi də olmalıdır. Bu, əmlak vergisindən və sərəncamlarında icarəsi nəzərdə tutulan mülklərin ödənişlərindən formalaşdırılır”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO