2016-cı ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarında gediş haqqının ödənilməsi üçün "BakıKart”x9dlardan istifadə olunacaq.
Moderator.az xəbər verir ki, bu məlumatı "Azərbaycan Dəmir Yolları”x9d QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə bu istiqamətdə iş aparılır - mühəndislər proqramın təminatı üzərində çalışır. Artıq kartların doldurulması üçün lazım olan aparatlar da gətirilib.
N.Əzməmmədov bildirib ki, Bakı sərnişin vağzalında terminallar mövcuddur, onlar digər stansiyalarda da quraşdırılacaq. "Terminalların istifadəyə verilməsi gələn ildən baş tutacaq. Hal-hazırda terminalların təminatı məsələsi üzərində işlər görülür”x9d, ”“ deyə mətbuat katibliyinin rəisi vurğulayıb.

































































































