Vətəndaşları şantajla hədələyən şəxs Təranə Səmədovanın əridir - VİDEO

Vətəndaşları şantajla hədələyən şəxs Təranə Səmədovanın əridir - VİDEO

Hazırda oxunan: Vətəndaşları şantajla hədələyən şəxs Təranə Səmədovanın əridir - VİDEO

108150

Xəbər verdiyimiz kimi, Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində cinayət törətməkdə şübhəli bilinən Rasim Həsənov tutulub. 
 

MÖVZU İLƏ BAĞLI:

Polis Bakıda əməliyyat keçirdi: 2 nəfər tutuldu - FOTO


Əməliyyat nəticəsində “Instagram”da tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib. 

Rasim Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. 

Qeyd edək ki, məşhur prodüser Təranə Səmədova sosial şəbəkə hesabında paylaşımında bildirib ki, Rasim Həsənov həyat yoldaşıdır. Onun iddiasına görə, qızı Suelin atası musiqiçi Abbas Səfərov Rasimi həbs etdirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO