Bakı apteklərində ŞOK – 15 manatlıq dərman 75 manata satılır

Bakı apteklərində ŞOK – 15 manatlıq dərman 75 manata satılır

Hazırda oxunan: Bakı apteklərində ŞOK – 15 manatlıq dərman 75 manata satılır

108149

Apteklərdə qiymətlər əl yandırır. Dərmanların qiyməti demək olar ki, hər gün artır. Bir müddət əvvəl qiymət artımının səbəbini Səhiyyə Nazirliyi dərman üçün lisenziya alan şirkətin dəyişməsi ilə bağlı olduğunu bildirmişdi.

Buna görə də dərman bazarında qıtlıq yaranıb. Qıtlıqsa qiymət artımına təkan verir. Amma bütün hallarda dərmanların qonşu dövlətlərlə müqayisədə kəskin şəkildə baha olması xeyli sual doğurur.

Bizim.Media xəbər verir ki, Mahir Məmmədli adlı soydaşımız özünün Facebook səhifəsində yazır ki, Qalvus Met 50 mq dərmanının bir qutusu bizim apteklərdə 75 manat 66 qəpik olduğu halda Türkiyədə eyni adlı və eyni tərkibli dərmanın qutusu 150 lirəyə (15 manat 69 qəpik) satılır:

“Bakıda bir qutuya verəcəyimiz pulla Türkiyədə təxminən 5 qutu dərman almaq mümkündür. Xatırladım ki, eyni dərmanın bir qutusunu Tiflisdən 11 manata almışdım bu yaxınlarda”.

Soydaşımızın təəccübdoğuran paylaşımı bizim də marağımıza səbəb oldu. Faktı dəqiqləşdirmək üçün “Aptekonline.az”-a həmin dərmanı sifariş etdik. Aldığımız cavab bizi də təəcüübləndirdi. Soydaşımız haqlı çıxdı. “Aptekonline.az” həmin dərmanı bizə deyildiyi kimi 75 manat 66 qəpiyə təklif etdi.
Göründüyü kimi adi bir dərman ölkəmizdə Gürcüstandan 7, Türkiyədən isə 5 dəfə baha qiymətə satılır. Niyə?

Bu suala növbəti yazımızda cavab tapmağa çalışacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO