Bərdə məktəbində davamiyyətsizlik - Şagirdlər dərsdən niyə yayınır?

Bərdə məktəbində davamiyyətsizlik - Şagirdlər dərsdən niyə yayınır?

Hazırda oxunan: Bərdə məktəbində davamiyyətsizlik - Şagirdlər dərsdən niyə yayınır?

108147

Bərdədə şagirdlərin məktəbə davamiyyətsizliyi aşkar edilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Bərdə rayon Qazaxlar Kənd Tam Orta Məktəbinin direktoru Elşən Məmmədov məlumat verib.

O qeyd edib ki, aşkarlanan faktları aradan qaldırmaq üçün dərsdən qalan şagirdlərin evlərinə gedib onların valideynləri ilə söhbət aparıb:

"Müəllim kollektivi ilə dərsə davamiyyəti olmayan şagirdlərin evlərinə getdik. Xəstə olanlar olsa da, xeyli hissəsinin səbəbsiz olaraq dərsdən yayındığını aşkarladıq".

Məktəb direktoru yaşanan problemin aradan qaldırılması üçün valideynlərə dəfələrlə şifahi məlumat verdiyini, onlar arasında rəsmi müraciət ünvanlananların da olduğunu diqqətə çatdırıb:

"Dərsdən qalan uşaqların əksəriyyəti kənd təsərrüfatı işlərində valideynlərinə kömək edirlər. Biz söhbət zamanı uşaqların təhsildən yayınma hallarının qarşısının alınmayacağı tədqirdə rayon polis şöbəsinə müraciət edəcəyimizi bildirdik. Ümid edirəm dərsdən yayınan şagirdlər yenidən dərsə gəlib təhsil alacaqlar".
Məktəb direktoru həmçinin dərsdən yayınan şagirdlərin əsasən oğlan uşaqları olduğunu da vurğulayıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO