6 gündə 4 ÖLÜM – Mütəxəssis dəm qazından boğulmada “Azəriqaz”ı GÜNAHLANDIRDI

6 gündə 4 ÖLÜM – Mütəxəssis dəm qazından boğulmada “Azəriqaz”ı GÜNAHLANDIRDI

Hazırda oxunan: 6 gündə 4 ÖLÜM – Mütəxəssis dəm qazından boğulmada “Azəriqaz”ı GÜNAHLANDIRDI

108146

Soyuqlar düşəndən demək olar ki, hər gün dəm qazından zəhərlənmə ilə bağlı acı xəbərlər alırıq. Rəsmi qurumlar səbəb kimi istehlakçıları məsuliyyətsizlikdə və  qazla davranış qaydalarında ehtiyatsızlığa yol verməkdə günahlandırırlar.

Mütəxəsisslər isə can alan dəm qazının yaranma səbəbini qaza vurulan əlavə maddə və ya hava ilə əlaqələndirirlər. Nəticə etibarilə bədbəxt hadisələrin hər il bu mövsümdə baş verməsi və artması üzücüdür.
Dekabr ayı yeni başlasa da, dəm qazından ölüm halları ilə bağlı qorxulu rəqəmlər var.

Xatırlatma:

Bu gün də Sumqayıtda dəm qazından 2 ölüm faktı qeydə alınıb. Şəhərin 13-cü mikrorayonunda yerləşən mənzillərin birində 19 yaşlı Rauf Hacıyev və 32 yaşlı Namiq Əliyev dəm qazından boğularaq ölüblər. Bu gün həm də Bərdədə 4 nəfər dəm qazından zəhərlənib.

Səttarxan küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Günel Qədirova, övladı 2005-ci il təvəllüdlü Güllü Zeynalova, gəlinləri 1991-ci il təvəllüdlü Sevinc Qədirova və onun övladı 2011-ci il təvəllüdlü Leyla Qədirli dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Ötən gün dəm qazından İsmayıllı sakini boğularaq ölüb. Qəzli kənd sakini, 1979-cu il təvəllüdlü Asif Mustafayev yaşadığı evdə qaz sobasından sızmış dəm qazından zəhərlənərək ölüb. Eynilə həmin gün Şamaxı rayonunda da zəhərlənmə hadisəsi baş verib.

Rayonun Göylər kənd sakini, 1981-ci il təvəllüdlü Nuriyev Balahəsən Abdulsəddin oğlu kustar üsulla quraşdırılan odun sobasından evə daxil olan dəm qazından zəhərlənib. 
Dekabrınn 4-də isə Xaçmazın Ağtala kəndində 12 yaşlı qız dəm qazından ölüb. 2010-cu il təvəllüdlü Şəhla Vüqar qızı Əlifxanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. 

6 gündə 4 ölüm faktı...

Mütxəssislərin sözlərinə görə dəm qazı zəhərli qazdır və onun yığıldığı mühitdə insanlar 7 dəqiqədən 30 dəqiqəyə qədər müddət ərzində nəfəs alarsa, insan həyatına son qoyur. 

Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov Bizim.Media-ya açıqlamasında dəm qazından boğulmalara iki səbəb gətirib.

O, deyib ki, bədbəxt hadisəyə səbəb bir tərəfdən istehlakçıların məsuliyyətsizliyidirsə, ən əsası qaz təchizatçılarının və nəzarətçilərinin istehlakçılarla təmas qurmamalarındadır:

“Nəzarətçi qurumlar əhali ilə təmasda olmalıdır və onlara yerində praktiki xidmət göstərməlidir. Əgər bu yoxdursa, əlbəttə ki, zəhərlənmə olacaq. İnsanlar kifayət qədər maarifləndirilmir”.

Ekspert əlavə edib ki, nəzarətçilər ildə iki dəfə evlərə getməli, qaz cihazlarının düzgün işləməsi haqqında istehlakçılara məlumat verməlidirlər:

“Çünki iqlimin dəyişməsi ilə əlaqədar olaraq borularda yerdəyişmə ola bilər. Əhali elə bilir ki, qaz evinə gəlib çıxırsa, onun şəxsi mülkiyyətçisidir və istədiyi kimi ondan istifadə edə bilər. Elə deyil. Qaz, təchizatçının mülkiyyətçisidir və onun nəzarətində olmalıdır.

Təchizatçının isə başlıca  borcudur ki, əhalini yerində praktiki olaraq təlimatlandırsın və onlara başa salsın ki, dəm qazı nədir, zəhərlənmə necə gedir. Həm də özbaşınalıq etməmələrinə qadağa qoymalıdır.
Harda gəldi qaz cihazını quraşdırmaq və naşı ustalara iş gördürmək olmaz. Nəticədə bunun acı nəticəsini özlərini də görürlər. Ümumiyyətlə isə qaz qanunlarında yazılıb ki, təchizatçı ilə bərabər ev sahibi, yəni abonent də qazdan təhlükəsiz istifadə qaydalarını pozduğuna görə məsuliyyət daşıyırlar”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO