Şəhid pilotun ATASI:

Şəhid pilotun ATASI: "Gördü ki, atasının qəbri vulkan kimi od tutub yanır"

Hazırda oxunan: Şəhid pilotun ATASI: "Gördü ki, atasının qəbri vulkan kimi od tutub yanır"

108107

“Xəyyamın oğlu indi 3 yaş 3 aylıqdır. Ona gözlərimizi dikib təsəlli tapırıq. Dözməliyik, ən azı oğlumun ruhu şad olsun deyə, səbr etməliyik”.

Qaraheybət Aviasiya Poliqonunda itirdiyimiz 14 pilotdan biri də kapitan Xəyyam Əliyevin atası Əlixan müəllim deyir bizə bu sözləri. Xəyyam doğulduğu Suraxanı rayonunun Əmurcan kəndindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 
Əlixan müəllim deyir ki, Vətən müharibəsində iki oğlum vuruşub. Xəyyam göydə, ondan 3 yaş kiçik qardaşı Fərman isə yerdə:

“İkisi də igidliklə vuruşublar. İikisi də salamat qayıtdı. Amma sonra bu ağrını yaşadıq".

Əlixan müəllum oğlu Xəyyamla hər gün işə gedəndə danışırmış. Vəziyyətini soruşmuş. Deyir ku, həmin gün də soruşmuşdum:

“Həmin gün, noyabrın 30-u oğlum işə gedəndə gəlinim dəhşətli bir yuxu görübmüş. Gəlinim o yuxunu sonradan bizə danışdı. Görübmüş ki,rəhmətə getmiş atasının qəbri vulkan kimi od tutub yanır".

Əlixan Əliyev bu il sərhədçi günündə Ali Baş Komandan İlham Əliyev tərəfindən Xəyyamın "3-cü dərəcəli Vətənə Xidmətə görə"ordeni ilə təltif etməsini onun əməyinə verilən yüksək qiymət hesab edir:

“Tezliklə mayor rütbəsi alacaqdı, qismət olmadı. Oğlu Əixan Xəyyam oğlu Əlixanzadə ümidvaram ki, atasının yolunu davam etdirəcək, yarımçıq qalmış arzularımızı çin eliyəcək. Hə, indi nəvəmin varlığı bizə təsəllidir.
Qoy, Xəyyamın, eləcə də bütün şəhidlərimizin ruhu şad olsun. Onların çatdığı ocaqları sönməyə qoymayacağıq. Ən vacibi Vətəndir, onun azadlığı, bütövlüyü isə bütün məqsədlərdən ən alisidir”.

Əlixan Əliyev sonda onu da bildirib ki, oğlunun ölümünə görə ömür boyu əzab-əziyyət çəkəcək, amma şəhidlik zirvəsinə ucalması ona dözüm verəcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO