Ağdamda erməni vandallığını sübut edən daha bir qədim abidə aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, rayonun işğaldan azad edilmiş Papravənd kəndi yaxınlığında qədim daşüstü abidələr aşkar edilib. Abidənin aşkar edilməsindən sonra yerli hüquq mühafizə orqanları əraziyə baxış keçirib və prezidentin xüsusi nümayəndəliyinə məlumat verilib.
Əraziyə baxış keçirilən zaman məlum olub ki, işğal dövründə burada qanunsuz arxeoloji qazıntılar aparılıb. Həmçinin qədim abidələrin bir çox hissəsinin oğurlandığı ehtimal edilir.
Hazırda xüsusi nümayəndəliyin bu istiqamətdə apardığı işlərin nəticəsi olaraq abidənin mədəniyyət nazirliyi tərəfindən qeydiyyata alındığı əldə edilən məlumatlar sırasındadır.
İlkin baxışdan sonra ehtimal edilir ki, qəbirüstü abidə və dağıdılmış məbədin III-IV əsrə aid olması ehtimal edilir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:00 / 06.12.2022
Ağdamda erməni vandallığına məruz qalan ABİDƏ - ÖZƏL+FOTO
Hazırda oxunan: Ağdamda erməni vandallığına məruz qalan ABİDƏ - ÖZƏL+FOTO
Hazırda oxunan: Ağdamda erməni vandallığına məruz qalan ABİDƏ - ÖZƏL+FOTO
108106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.