"Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Mask 2-6 oktyabr 2023-cü ildə ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilər.
Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndələr ilə görüş zamanı "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA, Boeing), Fransanın (CNES, Airbus), Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək:
“Bu qonaqlar dünyanın kosmos gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir, eyni zamanda elm xadimləri və tələbələrdir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:43 / 06.12.2022
Ceff Bezos və İlon Mask Azərbaycana gələcək
Hazırda oxunan: Ceff Bezos və İlon Mask Azərbaycana gələcək
Hazırda oxunan: Ceff Bezos və İlon Mask Azərbaycana gələcək
108085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.