Braziliya millisi dörddəbir finala çıxdı – FOTO

Braziliya millisi dörddəbir finala çıxdı – FOTO

Hazırda oxunan: Braziliya millisi dörddəbir finala çıxdı – FOTO

108056

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində Koreya Respublikası yığmasını məğlub edən Braziliya seçməsi növbəti mərhələyə adlayıb.

Bizim.Media xəbər verir ki, “Stadium 974”də oynanılan matçda hesabı 7-ci dəqiqədə braziliyalı futbolçu Vinisius Junior açıb. Altı dəqiqə sonra Neymar Koreya Respublikasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. 
Braziliya millisinin üzvü Rişarlison 29-cu dəqiqədə üçüncü topu rəqib qapısına vurub. Qarşılaşmanın 36-cı dəqiqəsində Lukas Paketa fərqlənməklə koreyalı futbolçuları meydanın mərkəzinə dəvət edib. Cənubi Amerika təmsilçisi fasiləyə 4:0 hesablı üstünlüklə yollanıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə Koreya Respublikası millisi təsəlli qolunu vurmağa müvəffəq olub. Belə ki, matçın 76-cı dəqiqəsində Payk Senq Ho adını tabloya yazdırıb. Bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, görüş Braziliya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb və komanda dörddəbir finalda Xorvatiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, dörddəbir final mərhələsində Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO