Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”x9d Qanununa dəyişikliklər edib.
Moderator.az xəbər verir ki, dəyişikliyə görə, qanuna aşağıdakı məzmunda 5.0.6-1-ci maddə əlavə edilib.
“5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;”x9d
Bundan başqa 10.2-ci maddədə “10”x9d rəqəmləri “500”x9d rəqəmləri ilə əvəz edilib.
Qeyd edək ki, 10.2-ci maddədə Mərkəzi Bankın Nizamnamə kapitalının 10 milyon manat olması göstərilirdi. Dəyişiklik nəticəsində nizamnamə kapitalı 500 milyon manata qədər artırılıb.

































































































