Hərbçilərimiz Türkiyədə təlim keçirlər - VİDEO

Hərbçilərimiz Türkiyədə təlim keçirlər - VİDEO

Hazırda oxunan: Hərbçilərimiz Türkiyədə təlim keçirlər - VİDEO

10803

Türkiyədə keçirilən “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl qış təlimində iştirak etmək məqsədilə Türkiyəyə yola salınan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Azərbaycan birgə təlimlərdən yeni görüntülər  - VİDEO


Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO