Ombudsman ermənilərlə təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Ombudsman ermənilərlə təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Hazırda oxunan: Ombudsman ermənilərlə təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

108021

Ombudsman ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. 

Ombudsman Aparatından Bizim.Media-ya daxil olan müraciətdə deyilir: "Sosial şəbəkələrdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarını özündə əks etdirən növbəti video yayılıb.

Videodan da göründüyü kimi işğaldan azad edilmiş Zəngilan rayonunda soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqdakı məzarlar ermənilər tərəfindən qəsdən dağıdılmış, qəbir abidələri tanınmaz hala salınmışdır. 

Bütün bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində Azərbaycana qarşı etnik və dini zəmində nifrət, düşmənçilik, dözümsüzlük və vandalizm siyasətini həyata keçirdiyini əyani şəkildə sübut edir. 
Azərbaycanlılara məxsus qəbirlərin vəhşicəsinə dağıdılması “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının, YUNESKO-nun 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının və 1954-cü iltarixli Avropa Mədəniyyət Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dini abidələrin, qəbirstanlıqların dağıdılaraq təhqir edilməsi, eyni zamanda həmin ərazilərin minalanması faktlarını şiddətlə pisləyir, bir daha beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını bu kimi çoxsaylı vandalizm əməllərinin törətməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlərin görülməsi üçün qəti tədbirlər görməyə çağırıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO