"Azərbaycanda heç zaman antisemitizmə rast gəlinməyib"

Hazırda oxunan: "Azərbaycanda heç zaman antisemitizmə rast gəlinməyib"

108018
Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev din xadimlərinin və dini icma rəhbərlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”x9d ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix İlxananoviç Yevdayev də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”x9d ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarını yüksək dəyərləndirən Milix Yevdayev bildirib ki, Azərbaycan din xadimlərinin və dini icma rəhbərlərinin təltif edilməsi Azərbaycan hökumətinin milli azlıq və dini icmalara olan diqqət və qayğısının nəticədir.xa0 Azərbaycan hökuməti bütün dini konfessiyalara bərabər şərait yaradıb.
Milixxa0 Yevdayev qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən artıq tarixi var. Ölkədə hər zaman yəhudilərə doğma münasibət bəslənilib və indiyə qədər bu münasibət davam edir. Digər konfessiyalar kimi, yəhudi dini icmasının nümayəndələrixa0 də ölkədə öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Azərbaycanda heç zaman antisemitizm hallarına rast gəlinməyib. Azərbaycan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi iləxa0 Bakıda müasir tələblərə cavab verən yeni sinaqoq tikilərək Azərbaycandakı Dağ yəhudilərinə töhfə edilib. Azərbaycan parlamentində yəhudi icmasını təmsil edən Yevda Abramov artıq üçüncü cağırışdır ki, millət vəkili seçilir.

M.Yevdayev bildirib ki, Azərbaycanda hökm sürən tolerantlıq bütün dünya üçün gözəl bir nümunədir. Azərbaycan, öz müsbət nümunəsilə müsəlman, yəhudi və xristianların sülh, qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşamasının mümkünlüyünü sübut edir: “Bütün dünya ölkələri üçün nümunə olacaq Azərbaycandakı multikulturalizm və tolerantlıq modeli haqqında ABŞ-ın böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə çap olunan “Jewish Journal”x9d ın bir neçə sayındaxa0 geniş məqalələrim dərc olunub. Həmin məqalələrdə Azərbaycanda və Los Ancelesdə yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edilir və ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətdən söz açılır. Bu yaxınlarda Azərbaycanda səfərdə olanxa0xa0xa0 Loc Ancelesdəki Sinay Sinaqoqunun baş ravvini Devid Volpinin başçılıq etdiyi 50 nəfərdən ibarət nümayəndə heyəti dəxa0 ölkəmizdə müxtəlif dini etiqadlara, o cümlədən yəhudi icmasına göstərilən diqqətin bütün dünya üçün nümunəvi model təşkil etdiyini vurğulayıblar”x9d.xa0

Azərbaycanın İsveçdəki səfirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə noyabrın 18-də Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti”x9d mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)xa0 Himayəçilər Şurasının sədri, AMEA-nın həqiqi üzvü professorxa0 Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Dini icmasının sədri Gennadi Zelmanoviç, BBMM-in İcraçı direktoru professor Azad Məmmədov daxil idi.

Milix Yevdayev konfransdakı çıxışında icmanın gündəlik həyat tərzindən danışaraq qeyd edib ki, dünyanın heç bir müsəlman ölkəsində analoqu olmayan, Prezidentin sərəncamı və maliyyə dəstəyi ilə yəhudi icmasına sinaqoq tikilib töhfə edilmişdir. Antisemitizmin bütün dünyanı bürüdüyü halda Azərbaycanda bu məfhumun nə olduğunu bilmirik. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi orta məktəbi, 3 uşaq bağçası və 1 kollec (yeşiva) fəaliyyət göstərir.

Stokholma səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti İsveç parlamentində (Riksdag) Sosial Demokratlar, İsveç Demokratları, Yaşıllar Partiyası və Xristian Demokratlar Partiyasını təmsil edən bir qrup deputatla. İsveçin mədəniyyət və demokratiya naziri xanım Alise Bah Kuhnke, həmçinin Azərbaycanın İsveçdəki səfirliyində aparıcı diaspor təşkilatlarının təmsilçiləri ilə görüşüb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO