Quba yollarında qış hazırlığı aparılır - FOTO

Quba yollarında qış hazırlığı aparılır - FOTO

Hazırda oxunan: Quba yollarında qış hazırlığı aparılır - FOTO

107991

Qeyri-sabit hava şəraiti şimal bölgəsində də nəqliyyatın hərəkətində maneə yaratmağa başlayıb. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, artıq Qubadakı 5 saylı yol istismar idarəsinin işçiləri Xınalıq yolunda qabaqlayıcı tədbirlərə başlayıb.

Yol sahə ustası Bilal Sultanovun Bizim.Media-ya verdiyi məlumata görə, yolun 31-ci km-dən - daha enişli-yoxuşlu hissələrindən başlayaraq yola qum və duz səpilməsinə başlanılıb. 

Hazırda Xınalıq istiqamətində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Yolun bağlanmaması üçün bütün zəruri tədbirlər görülür. Rayonun bütün istiqamətlərindəki yollarda da analoji tədbirlər aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO