Xəzərdə suitilər ACLIQDAN kütləvi tələf olur – Mütəxəssisdən AÇIQLAMA

Xəzərdə suitilər ACLIQDAN kütləvi tələf olur – Mütəxəssisdən AÇIQLAMA

Hazırda oxunan: Xəzərdə suitilər ACLIQDAN kütləvi tələf olur – Mütəxəssisdən AÇIQLAMA

107940

Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi tapılıb. Suitilər əsasən Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.

Bu son illər qeydə alınmış ən kütləvi tələfolma faktıdır. Xəzər suitisinin populyasiyası payızın sonu, qışın əvvəlləridə baş verir və onlar bu zaman Xəzərin şimalına doğru köç edirlər.

Mütəxəssislər hesab edir ki, miqrasiya edən suitilər Dağıstan və Kalmıkiya sahillərindən keçərkən qanunsuz balıq ovu məqsədilə qurulmuş torlara ilişərək boğulurlar. Suitilərin məhv olmasının digər səbəbi qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brakonyerlikdir.

Problemlə bağlı AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı Süleyman Süleymanovla əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Xəzər dənizində suitilərin kütləvi şəkildə məhv olmasının bir neçə səbəbi var:
 

MÖVZU İLƏ BAĞLI:

Xəzər sahilində suiti cəsədlərinin tapılması ilə bağlı AÇIQLAMA


“Ən əsas Xəzər dənizində ekosistemin dəyişməsidir. Son illər Xəzər sürətlə çirklənir. Bu çirklənmə də dənizdəki faunanı məhv edir. Yəni təkcə suitilər deyil, Xəzərdəki digər canlılar da məhv olur. Bilirsiniz ki, suitilər balıqlarla qidalanır. Son illər Xəzərdə balıqların azalması suitilər üçün qida problemi yaradıb. Ona görə suitilərin kütləvi şəkildə ölməsi həm də qida çatışmamazlığı ilə bağlıdır”.

İnstitutun əməkdaşı burda başqa bir səbəbinsə suitilərin məcburən ovlanması olduğunu söylədi:
 

“Bizim son illər apardığımız müşahidələr göstərir ki, dəniz sahillərində aşkar edilən süiti leşlərinin üzərində zorakılıq əlamətləri var. Bu da onunla bağlıdır ki, ac suitlər balıqçıları torlarına hücum edir.


Tora düşmüş balıqları yeyirlər. Və belə vəziyyətdə isə özləri də tora düşürlər. Balıqçılarsa tora düşmüş suitiləri xilas yox, sadəcə məhv edirlər. Son günlər Mahaçqala yaxınlığında qeydə alınan kütləvi məhv olmada balıqçı faktoru da ehtimal edilir. Çünki, suitilər döl tökmək üçün şimala çayların deltasına kütəvi şəkildə axın edirlər. Bu zaman gəmilərlə böyük ov edən balıqçıların toruna tuş gəlirər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO