Ağdamlı idmançılar vətənə 12 medalla qayıtdı - FOTO

Ağdamlı idmançılar vətənə 12 medalla qayıtdı - FOTO

Hazırda oxunan: Ağdamlı idmançılar vətənə 12 medalla qayıtdı - FOTO

107900

Türkiyədə keçirilən Alpaqut birinciliyində uğurlu nəticə əldə edən ağdamlı döyüşçülər Vətənə qayıdıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, on qızıl, iki gümüş medalla gələn idmançılar ilk öncə rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər abidə kompleksini ziyarət edib.

Onlar öz qələbələrini Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarına həsr etdiklərini ifadə ediblər. 

Qarşılama mərasimində idmançıların valideynləri, müharibə iştirakçıları və rayonun gənclər idman idarəsinin əməkdaşları iştirak edib. Onlar öz növbələrində Türkiyədən qayıdan heyəti təbrik edib. 

Ağdam Gənclər və İdman idarəsinin rəis müavini Anar Əsgərov bildirib ki, Türkiyənin Bursa şəhərində keçirilən Alpaqut Türk-Turan döyüş növü üzrə keçirilən dünya birinciliyinə ağdamlı idmançılar biri məşqçi olmaqla yeddi nəfərlik heyətlə qatılıb. Onlar iki versiyada güclərini sınayıb və uğur əldə ediblər. 
Qeyd edək ki, idmançılar bu gün Vətənə dönüblər. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO