“Cənubi Azərbaycan məsələsi bitib” - Əhməd Obalı 

“Cənubi Azərbaycan məsələsi bitib” - Əhməd Obalı 

Hazırda oxunan: “Cənubi Azərbaycan məsələsi bitib” - Əhməd Obalı 

107898

“Fars şovinistlərin belə bir fikri var ki, Cənubi Azərbaycan məsələsi bitib".

Bizim.Media xəbər verir ki, bunu dünən Cəbrayıl və Zəngilana səfər etmiş Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı bu gün Mətbuat Şurasının keçirdiyi görüşdə deyib:  

“Bu gün tarix bizim xeyrimizə dəyişir. Geridə qalan yüz ildə dörd dəfə ayağa qalxsaq da, həmişə vədlərə, xoş sözlərə inanmışıq.

Özümüzün  əlimizdə olan imkanlardan istifadə etmək əvəzinə düşmənin yumşaldıcı sözlərinə inanmışıq. Bizim ən böyük səhvimiz elə sözə, vədə inanmaq olub. Amma artıq biz güneylilər anlamışıq ki, düşmənin mahiyyətini olduğu kimi qəbul etməliyik.
İranda yaranmış fars dövləti türkü özünə düşmən bilib. Farsçılığın ikinci düşməni ərəbçilikdir. Guya İranda şiəlikdir. O zaman heç olmasa, Peyğəmbərə iman edilməlidir. Amma ərəblərin də bizim kimi ana dilində təhsil qadağan edilib". 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO