Əhməd Obalı Ağalıdan səsləndi: “Şuşa, Laçın, Kəlbəcər də belə olacaq” - FOTO

Əhməd Obalı Ağalıdan səsləndi: “Şuşa, Laçın, Kəlbəcər də belə olacaq” - FOTO

Hazırda oxunan: Əhməd Obalı Ağalıdan səsləndi: “Şuşa, Laçın, Kəlbəcər də belə olacaq” - FOTO

107805

“Abad Bakıdan gəlib azad olunmuş torpaqları görəndə istər-istəməz narahat olursan. Amma bu tərəfə dönüncə artıq hiss edirsən ki, həyat başlayıb. Ən yaxşısı budur ki, elə burdan başlayıb o tərəfə gedəcəyik. Yəni sərhəddən başlayıb inşallah Bakıya doğru gedəcəyik, buradan başlayıb hamısını abad görəcəyik. Arzum budur ki, bu torpaqlara hamı qayıtsın”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna səfər edən, Güney Azərbaycanın milli fəali, Güney Azərbaycan Televiziyasının (“Günaz TV”) rəhbəri Əhməd Obalı bildirib.

O, Xüdafərin körpüsündən sonra Zəngilanın Ağalı kəndinə də gəlib. Burada Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov qonağa kənd haqqında ətraflı məlumat verib.

Ə.Obalı həmçinin yerli jurnalistlərlə söhbət zamanı kənd haqqında öz fikirlərini də bildirib:

“Mən Azərbaycandan uzaqlaşandan sonra Vətənin qədrini bilmişəm. Əminəm ki, buradakı, bu torpaqlardan məcburi köçkün düşən insanlar bura qayıdandan sonra daha yaxşı qədrini biləcək bu torpaqların. Arzum budur ki, onlar öz torpaqlarına tez qayıtsınlar.
Mən Ağalını belə gözləmirdim. Videosunu görmüşdüm, şəklin görmüşdüm, reportaj yazı görmüşdüm, amma buranı belə gözləmirdim. Çox gözəldir... Dünyanın ən model ölkələrində olduğu kimi ən müasir kənddir. Kənd olaraq bundan modeli yoxdur”, deyə Ə.Obalı bildirib.

Qonaq digər işğaldan azad edilmiş bölgələrin də belə gözəl inşa etdiriləcəyinə şübhə etmədiyini dilə gətirib:

“Azərbaycan prezidentinin çox gözəl fikirləri, səliqəsilə bu kəndi belə tikibsə, Şuşada gözəl projelər davam edirsə, əminəm ki, Laçın, Kəlbəcər də belə olacaq. Özəlliklə Laçının ən yaxşı, ən möhtəşəm tkilməsi vacibdir. Çünki onu xaraba qoyanlar ömür boyu sərhəddin o tərəfindən baxıb peşman olmalıdılar. Həyat belə olmalıdır desinlər.
Bu baxımdan mən əminəm ki, bizim prezidentimiz o taylı, bu taylı hamının prezidentidir. Mən bir güneyli olaraq deyirəm bunu. Ürəkdən deyirəm. O, Azərbaycanı abad etməsi üçün əlindən gələni edir. Biz bunu bu kənddə görürük. Mən Amerikada yaşayıram, 38 ildir oradayam, belə bir kənd yoxdur orda”, deyə bildirib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO