Mingəçevirdə qəzaya düşən avtomobildə sıxılı qalan şəxs xilas edildi - FHN 

Mingəçevirdə qəzaya düşən avtomobildə sıxılı qalan şəxs xilas edildi - FHN 

Hazırda oxunan: Mingəçevirdə qəzaya düşən avtomobildə sıxılı qalan şəxs xilas edildi - FHN 

107718

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin saytında məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO