DYP-dən sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə MÜRACİƏT 

DYP-dən sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə MÜRACİƏT 

Hazırda oxunan: DYP-dən sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə MÜRACİƏT 

107676

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib. 

Bizim.Media idarənin baş inspektoru polis mayoru Araz Əsgərlinin verdiyi məlumata istinadən xəbər verir ki,  əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi geniş mənada başa düşülən anlayışdır: 

"Dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. 

Belə ki, bu kateqoriyadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlətin daim diqqət mərkəzindədir. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında sağlamlığını itirən bir sıra gənclərimizin və ümumilikdə yollarda xüsusi qayğıya ehtiyacı olan hər bir vətəndaşımıza anlayışlı münasibət göstərmək, onların təhlükəsizliyi üçün daim qayğı göstərmək hər birimizin vəzifəsi olmaqla yanaşı insanlıq borcudur. 

Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişindaşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik. 

İnklüziv həyat tərzinin əsas göstəricilərindən biri kimi, hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütləq qaydada öz tövhəsini verməklə yanaşı formalaşan yeni nəsil üçün də düzgün nümunədir".
"Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcə də yol hərəkəti qaydalarının tələblərinə əməl etməyi xahiş edirik!", - DYP rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO