Bir əsr sonra Xan məscidində azan səsi – FOTO 

Bir əsr sonra Xan məscidində azan səsi – FOTO 

Hazırda oxunan: Bir əsr sonra Xan məscidində azan səsi – FOTO 

107596

Bildiyiniz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılan bərpa işləri ilə tanış olub.

Bizim.Media-nın əməkdaşına yerli dini icmadan verilən məlumata əsasən, sovet hakimiyyəti illərində Xan məscidindən tamamilə başqa məqsədlər üçün istifadə olunub. Çünki onun ərazisi böyük və genişdir.

Nəhayət, bir əsr sonra Şəki Xan məscidinin minarəsindən ilk dəfə azan səsi ucalıb. Yerli din xadimləri və sakinlərin iştirakı ilə şükran namazı qılınıb.

Namazdan sonra dövlət və millətimizin birlik və bərabərliyi üçün, Vətən uğrunda canından keçən şəhidlərimiz üçün dualar edilib, qazilərə şəfa dilənib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO