Qubanın icra başçısı 5 illik hesabat VERDİ - FOTO 

Qubanın icra başçısı 5 illik hesabat VERDİ - FOTO 

Hazırda oxunan: Qubanın icra başçısı 5 illik hesabat VERDİ - FOTO 

107545

Bu gün Quba rayon icra hakimiyyətində son 5 ildə rayonda görülmüş işlərə həsr olunmuş hesabat yığıncağı keçirilib.  

Yığıncaqdan əvvəl Quba İH başçısı Ziyəddin Əliyev, yerli DTX rəisi, millət vəkili Vahid Əhmədov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İH yanında İctimai Şuranın sədri və İH başçısının müavinləri ümumilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Abidə və şəhid məzarları önünə tər güllər düzülüb.  

Hesabat yığıncağına dövlət himninin səslənməsilə start verilib. Həmçinin şəhidlərin əziz xatirəsi bir dəqiqəilik sükutla yad edilib.  

Daha sonra Qubada görülmüş işlərə həsr olunan "5 ilin uğurları" filmi nümayiş olunub. Hesabat yığıncağında çıxış edən icra hakimiyyəti başçısı Ziyəddin Əliyev 5 il əvvəlin  bu günü -2 dekabr 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Quba rayonuna icra başçısı təyin olunduğunu deyərək bu illər ərzində həmişə dövlət başçısının etimadını doğrultmağa çalışdığından söz açıb:
"Rayonda müxtəlif sahələrdə- yol nəqliyyat -infrastrukturunun yaxşılaşdırılması, yeni yolların çəkilməsi, 30-dan çox yeni məktəbin inşası, çoxsaylı abadlıq-quruculuq işlərinin görülməsi göz qabağındadır". 

İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev indiyə kimi Qubaya 3 qurucu şəxsin rəhbər gəldiyini açıqlayıb:  

"Ağamirzə Əhmədov, Şıxseyid Kərimov və 5 ildir də Ziyəddin Əliyev. Bu adamlar Qubanın qurucularından oldular, söküb dağıtmadılar, tikdirlər və qurdular". 

Millət vəkili Vahid Əhmədov və digər iştirakçılar görülmüş işlərdən məmnunluqlarını bildiriblər. 

Tədbirə yekun vuran Quba İH başçısı Z.Əliyev rayonda qazanılan bütün uğularda hər bir rayon sakininin zəhməti olduğunu bildirərək hamıya təşəkkür edib.  

Aytəkin Alxaslı, Bizim.Media Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO