Məktəbəqədər təhsilin problemləri və perspektivləri ilə bağlı MÜZAKİRƏ APARILIB

Məktəbəqədər təhsilin problemləri və perspektivləri ilə bağlı MÜZAKİRƏ APARILIB

Hazırda oxunan: Məktəbəqədər təhsilin problemləri və perspektivləri ilə bağlı MÜZAKİRƏ APARILIB

107543

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) ilə birgə 02 dekabr 2022-ci il tarixində “Məktəbəqədər təhsil: çətinliklər, perspektivlər” mövzusunda tədbir keçirib.

Bizim.Media xəbər verir ki, tədbirdə ETN, Bakı şəhər üzrə Təhsil İdarəsi, Regional Təhsil İdarələri və onların tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak edib. 

Açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov qonaqları salamlayaraq tədbirin bu günümüz üçün vacibliyini, əhəmiyyətini vurğulayıb.

ETN-nin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, ARTİ-nin direktor müavini Ülkər Babayeva, ETN-nin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova çıxış edərək məktəbəqədər təhsildə aparılan islahatlar, günümüzün reallıqları, bu sahədə qarşıya çıxan çətinliklərdən danışıblar.

Tədbir ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərovanın “Məktəbəqədər təhsilin dünəni, bu günü və sabahı”, ETN-nin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun məsləhətçisi Aydan Əzimzadənin “Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq formaları” və təhsilin idarəedilməsi üzrə mütəxəssis Rasif Dünyamalıyevin “Uşaq mərkəzli idarəetmə” mövzularında təqdimatları ilə davam edib.
Yekunda tədbirin mövzusu üzrə ümumi müzakirə keçirilmiş, tədbir iştirakçılarının sualları cavablandırılmış, təkliflər dinlənilmiş, fikir mübadiləsi aparılıb.

Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO