Fransanın ölkəmizə qarşı qərəzli hərəkəti fonunda Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev vətəndaşlara çağırış edərək, Azərbaycana gətirilən Fransa mallarını könüllü şəkildə boykot etməyə səsləyib.
Bizim.Media-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli bildirir ki, mal və məhsulların boykotu hər hansısa bir effekt verməyəcək:
“Bu boykot taktikası Fransaya hər hansı bir təsir göstərməyəcək. Fransanın ticarət dövriyyəsi 1,1 trilyon dollara yaxındır.
Azərbaycan isə bu ölkədən cəmi 42 milyon dollarlıq mal alır. Onun boykot edilməsinin Fransaya heç bir təsiri olmayacaq. Əksinə, bu addım həmin malların ölkəmizdə bahalaşmasına səbəb olacaq. İnsanlar başqa ölkələrdən həmin malları gətirib daha baha qiymətə satacaq. Ona görə də Fransa mallarının boykotu populist çıxışdır. Mal və məhsulların boykotu effektiv deyil.
Bunun əvəzində, Fransaya diplomatik və siyasi kanallarla ciddi etiraz bildirilməlidir.
Həmçinin, Fransanın Azərbaycanda fəaliyyət göstərən şirkətlərilə işləməliyik ki, onların lobbi qrupları hökumətlərinə təsir edə bilsin”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:00 / 02.12.2022
Fransanın mallarını BOYKOT ETMƏK – “Ziyanı özümüzə dəyə bilər”
Hazırda oxunan: Fransanın mallarını BOYKOT ETMƏK – “Ziyanı özümüzə dəyə bilər”
Hazırda oxunan: Fransanın mallarını BOYKOT ETMƏK – “Ziyanı özümüzə dəyə bilər”
107541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.