Siyəzəndə qanunsuz ov edənlərin kimliyi müəyyən olunub

Siyəzəndə qanunsuz ov edənlərin kimliyi müəyyən olunub

Hazırda oxunan: Siyəzəndə qanunsuz ov edənlərin kimliyi müəyyən olunub

107524

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Beşdam kəndi ərazisində qanunsuz ov edənlərin şəxsiyyəti müəyyən edilib. 

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslər Siyəzən rayon sakinləri Pərviz Xankişiyev və Anar Babayevdir.

A.Babayevdən bir ədəd sənədsiz 16 kalibrli "TOZ" markalı qoşa lüləli ov tüfəngi götürülüb.

Hazırda həmin məsələ ilə bağlı RPŞ-nin Təhqiqat qrupunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Qeyd edək ki, iki gün əvvəl sosial şəbəkədə həmin şəxslərin qanunsuz ov etməsi ilə bağlı fotoları yayılıb. Onların qu quşu ovladığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO