Xəbər verdiyimiz kimi, noyabrın 1-dən 20-dək bütün “McDonald's Azərbaycan” restoranlarında “Xoş anlarla birlikdə“ adlı xeyriyyə aksiyası keçirilib.
Bizim.Media xəbər verir ki, aksiyanın simvolu ən yaxşı insani keyfiyyətləri – mərhəməti, xeyirxahlığı, səmimiliyi və mehribanlığı təcəssüm etdirən ürək formalı stiker olub.
Belə ki, “McDonald's Azərbaycan” hər bir qonağa ürək stikeri alaraq, üzərinə öz adlarını yazıb restoranının divarına yapışdırmaq imkanı yaradıb.
Xüsusi stikerlərin, həmçinin aksiyanın son günündə (noyabrın 20-də) kartof frinin satışından əldə olunan gəlir xeyriyyə məqsədilə yönəldilib.
Nəticədə, aksiyanın keçirildiyi 20 gün ərzində əldə olunan 15150 AZN "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyinin mərkəzi üçün reabilitasiya avadanlıqlarının alınmasına yönəldiləcək.
“Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi mərkəzinin sakini olan balacalar dekabrın 1-də “McDonald's Azərbaycan” restoranlarından birinə dəvət olunub, orada dadlı yeməklərdən dadaraq əyləniblər. Görüşdə mərkəzin nümayəndəsinə aksiya zamanı toplanan məbləğin əks olunduğu sertifikat təqdim olunub.
Korporativ sosial məsuliyyətə böyük önəm verən “McDonald's Azərbaycan” şirkəti “balacaların böyük problemləri olmamalıdır!” prinsipini rəhbər tutur. Azərbaycan bazarında fəaliyyət göstərdiyi illər ərzində şirkət xeyriyyə tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirir, uşaq evlərinə, tibbi yardım fondlarına və s. dəstək verir.
"McDonald's Azərbaycan" bu aksiyada iştirak edən bütün qonaqlara təşəkkür edir. Biz birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını yaxşılaşdıra bilərik!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:24 / 02.12.2022
“McDonald”s Azərbaycan”ın “Xoş anlarla birlikdə” adlı növbəti xeyriyyə aksiyası uğurla həyata keçirilib - FOTO
Hazırda oxunan: “McDonald”s Azərbaycan”ın “Xoş anlarla birlikdə” adlı növbəti xeyriyyə aksiyası uğurla həyata keçirilib - FOTO
Hazırda oxunan: “McDonald”s Azərbaycan”ın “Xoş anlarla birlikdə” adlı növbəti xeyriyyə aksiyası uğurla həyata keçirilib - FOTO
107494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.