Türkiyədə limanda PARTLAYIŞ OLUB - FOTO/VİDEO

Türkiyədə limanda PARTLAYIŞ OLUB - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə limanda PARTLAYIŞ OLUB - FOTO/VİDEO

107474

Türkiyənin Samsun limanında partlayış olub. 

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, limanda gəmilərdən götürülən tullantı yağların saxlandığı çənlərdən birində baş verən partlayış nəticəsində yanğın başlayıb. 

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Ekipajların müdaxiləsi ilə yanğın nəzarət altına alınaraq söndürülüb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO